Azərbaycan Rusiyanın «Luçnik-E» zenit-raket kompleksləri ilə maraqlanır

Azərbaycan Rusiyanın «Luçnik-E» zenit-raket kompleksləri ilə maraqlanır
# 14 avqust 2014 14:28 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu «Arms-TASS» agentliyinə açıqlamasında «Oboronekspo-2014» sərgisində Rusiyanın Maşınqayırma Konstruktor Bürosunun nümayəndəsi Georgi Kuzık bildirib.

Yeni zenit-raket kompleksi (ZRK) köhnəlmiş «Strela-10» ZRK-lərin əvəz edilməsi üçün yaradılıb. Yaxın vaxtlarda sistemin seriyalı istehsalına başlanılacaq.

Yeni ZRK-də «Strela-10» kimi MT-LB maşınlarının şassisi üzərində yerləşir. Sistemin silahlanmasında «İqla-S» raketləri tətbiq olunur.

«Luçnik-E» ZRK-lərə Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da marağını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR