İlin sonuna kimi iki rayonda “ASAN Xidmət” mərkəzi açılacaq - FOTO

İlin sonuna kimi iki rayonda “ASAN Xidmət” mərkəzi açılacaq - <span style="color: red;">FOTO
# 01 noyabr 2014 15:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. "Bərdə və Sabirabad rayonlarında ”ASAN xidmət” mərkəzlərinin açılışı üzrə intensiv işlər davam edir".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ. Kərimov bildirib ki, ilin sonuna kimi sözügedən mərkəzlərin açılması gözlənilir: “"ASAN Xidmət” Mərkəzinin Konsepsiyasına əsasən “ASAN” Azərbaycan xidmət və dəyərləndirmə şəbəkəsi adlanır. Hesab edirik ki, yeni mərkəzlərin açılması ilə bu şəbəkə kifayət qədər formalaşmış olacaq. Yeni mərkəzlər fəaliyyətə başlayandan sonra respublika üzrə ərazi məhdudiyyəti aradan qaldırıla bilər”.

Agentlik sədri əlavə edib ki, Masallı və Qəbələdə “ASAN Xidmət” mərkəzlərinin açılması üzrə də işlər davam etdirilir. Onun sözlərinə görə, gələn il 4-5 “ASAN Xidmət” mərkəzinin açılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR