Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb
# 22 iyun 2016 10:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində mənzillərdən oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 21-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Vahid Məmmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Ruslan Hüseynov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı Ələkbər, Bakı şəhər sakinləri Əliyusif Fərəcov, Əlvan Zeynalov və Orxanla Zeynalovla birlikdə mayın 9-dan iyunun 20-dək olan müddətdə vətəndaşlar K. Əliyev, Ş. Məmmədzadə və N. Bağırova məxus pul və qızıl əşyaları, habelə iyunun 16-da Məhəmməd Bədəlovun evindən 350 manat və 100 ABŞ dolları pul oğurladıqları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə. Hüseynov, Ə. Fərəcov, Ə. Zeynalov və O. Zeynalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR