SOCAR avqust ayında dünya bazarında satdığı neft məhsullarının qiymətlərini açıqlayıb

SOCAR avqust ayında dünya bazarında satdığı neft məhsullarının qiymətlərini açıqlayıb
# 01 sentyabr 2015 15:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin avqust ayı üçün dünya bazarında satdığı neft məhsullarının qiymətlərini açıqlayıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) -538,51 dollar olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 42,6% azdır.

Ötən ay təyyarə yanacağının qiyməti 457,26 dollar olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 50,63% ucuzlaşıb.

Avqust ayın dizel yanacağının qiyməti 48,83% azalaraq 441,75 dollar, 1% kükürdlü mazutun qiyməti isə 2,47 dəfə azalaraq 232,36 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR