Rusiyalı deputat: "Ötən il 106 min Azərbaycan vətəndaşı Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb"

Rusiyalı deputat: "Ötən il 106 min Azərbaycan vətəndaşı Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb"
# 22 sentyabr 2015 17:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Ötən il 106 min nəfər Azərbaycan vətəndaşı Rusiyada əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasından olan deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə Komitəsinin üzvü Tatyana Maskalkova bu gün dumada keçirilən Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, 2015-ci il yanvar ayının 1-dən Rusiyada miqrasiya qanunvericiliyi daha da sərtləşdirilib: "Bu addım artıq öz bəhrəsini verib, effektivliyini göstərib. Qanunvericiliyə dəyişikliklər edilərkən mövcud vəziyyət öyrənilib, ətraflı araşdırılıb. Əlbəttə ki, miqrantlar sosial gərginliyi artırır. Ölkənin titulu xalqı ilə gəlmələr arasında iş yerləri barəsində rəqabət artır. Əgər MDB ölkələrindən gələn vətəndaşlar olmasaydı Rusiyanın bir çox sahələri bu gün olduğu qədər inkişaf edə bilməzdi. Bunu qeyd etmək çox vacibdir. Təkcə ötən ildə 106 min nəfər Azərbaycan vətəndaşı Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün patent alıb. Bu olduqca böyük rəqəmdir".

Rusiyalı deputat Azərbaycanlı gənclərin Rusiyada təhsil alması məsələsinə də toxunub. O, Rusiyanın ali təhsil məktəblərində Azərbaycan üçün ayrılan kvotanın sayının ildən ilə artdığını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR