Səudiyyə Ərəbistanında hərbi bazada partlayış baş verib

Səudiyyə Ərəbistanında hərbi bazada partlayış baş verib
# 09 aprel 2015 01:06 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının şimalında yerləşən hərbi bazada partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

İnsident Səudiyyə Ərəbistanı quru qoşunları və Pakistan ordusunun xüsusi bölmələrinin iştirakı ilə keçirilən hərbi təlimdə qeydə alınıb. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR