ISESCO baş direktoru Azərbaycanın Mərakeşdəki səfirini qəbul edib

ISESCO baş direktoru Azərbaycanın Mərakeşdəki səfirini qəbul edib
# 01 oktyabr 2015 14:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Azərbaycanın Mərakeşdəki fövqəladə və səlahiyyətli səfiri Tarik Əliyevi qəbul edib.

APA-nın ISESCO-nun saytına istinadən verdiyi xəbərə görə, tərəflər noyabrın 23-dən 28-dək Bakıda keçirilməsi planlaşdırılan ISESCO İcraiyyə Şurasının 36-cı və Baş Konfransının 12-ci iclasının hazırlığı ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin, təşkilatın 2016-2018-ci Fəaliyyət Planı çərçivəsində Azərbaycanla ISESCO arasında təhsil, elm, kommunikasiyalar sahəsində xüsusi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR