"E&Y": Devalvasiyadan sonra "Azərsu" inkişafını dəstəkləmək məqsədilə zəruri ehtiyat tədbirləri görüb

"E&Y": Devalvasiyadan sonra "Azərsu" inkişafını dəstəkləmək məqsədilə zəruri ehtiyat tədbirləri görüb
# 06 iyul 2015 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərsu" ASC biznesinin yaxın gələcəkdə davamlılığının və inkişaf etməsini dəstəkləmək məqsədi ilə zəruri hesab etdiyi ehtiyat tədbirlərini görüb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin konsolidə edilmiş maliyyə hesabatında qeyd edilib. Hesabat "Ernst&Young" audit şirkəti tərəfindən hazırlanıb.

Auditor qeyd edib ki, bu ilin fevralın 21-də Azərbaycan manatı ABŞ dollarına və digər əsas valyutalara qarşı təxminən 34% devalvasiya edib. Devalvasiyadan əvvəl və sonra 1 dollarına qarşı müvafiq olaraq 0,786 manat və 1,050 manat olub.

Bu hadisə “Azərsu” ASC-nin gələcək nəticələri və maliyyə vəziyyətinə, o cümlədən kredit portfelinin keyfiyyətinə mənfi təsir göstərə bilər: "Azərsu" biznesinin yaxın gələcəkdə davamlılığının və inkişaf etməsini dəstəkləmək məqsədi ilə zəruri hesab etdiyi ehtiyat tədbirlərini görüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR