Məhəmməd Əlinin səhhəti pisləşib

Məhəmməd Əlinin səhhəti pisləşib
# 03 iyun 2016 22:53 (UTC +04:00)

Bakı-APA. Əfsanəvi boksçu Məhəmməd Əlinin səhhəti ağırlaşıb.

Apasport.az saytının “Daily Mirror”a istinadən məlumatına görə, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən əfsanənin vəziyyəti gözləniləndən daha ağırdır.

Ağciyərlərində və nəfəs yollarında problem olan amerikalı keçmiş idmançının hətta ölüm ayağında olduğu haqqında iddialar səsləndirilib. O, artıq reanimasiya şöbəsinə köçürülüb və intensiv nəzarət altındadır.

Hələlik rəsmi açıqlama verilməsə də, həkimlər Əlinin vəziyyətinin heç də ürəkaçan olmadığını bildiriblər.

Uzun müddətdi “Parkinson” xəstəliyindən əziyyət çəkən rinqlərin keçmiş ustasının ağciyərlərində yaranan problemlərin ağırlaşması da bununla əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR