BANM tələbələri Birinci Avropa Oyunlarında könüllü olacaqlar - FOTO

BANM tələbələri Birinci Avropa Oyunlarında könüllü olacaqlar - <span style="color: red;">FOTO
# 03 iyun 2015 08:34 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbində (BANM) könüllülük fəaliyyəti ilə bağlı təlim keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ali Məktəbin Tələbələrlə iş şöbəsinin rəisi və BANM Həmkarlar İttifaqının sədri Həbibə Sadıqlı çıxış edərək, tələbələrə könüllülük fəaliyyəti ilə bağlı danışıb, onlara bu istiqamətdə fəaliyyətlərində öz məsləhətlərini verib.

Məktəbin Tələbə Həmkarlar İttifaqının sədri Rəvan Adilov tələbələrə Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən söz açıb. O, gənclər təşkilatları və onlarda könüllülük əsaslarla iştirak imkanları ilə bağlı məlumat verib və tələbələrin suallarını cavablandırıb.

Təlimdə, həmçinin, “Bakı-2015” Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edəcək BANM tələbələri öz fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR