Azərbaycan ilə UNESCO arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib

Azərbaycan ilə UNESCO arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilib
# 16 aprel 2015 04:31 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın, Qazaxıstanın, Türkiyənin və Türkmənistanın UNESCO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı, Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə qurumun mənzil iqamətgahında “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsi, nəşri və dünya elmində tanıdılmasının 200 illiyi ilə əlaqədar tədbir təşkil olunub.

APA-nın “Azərtaca” istinadən məlumatına görə, tədbirdə iştirak etmək üçün Parisdə səfərdə olan Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyev aprelin 15-də UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Baş nazirin müavini “Kitabi- Dədə Qorqud” eposunun Avropada ilk nəşrinin və tərcüməsinin 200 illiyinin UNESCO-da keçirilməsinin mühüm hadisə olduğunu qeyd edib. Azərbaycanın zəngin maddi-mədəniyyət abidələri ilə bağlı vaxtaşırı UNESCO-da möhtəşəm tədbirlərin keçirildiyini vurğulayan Elçin Əfəndiyev bunu ölkəmizlə qurum arasında mövcud əlaqələrin yüksək səviyyədə inkişafının bariz nümunəsi kimi dəyərləndirib.

Baş direktor İrina Bokova Azərbaycanla rəhbərlik etdiyi qurum arasındakı mövcud yüksək səviyyəli əlaqələrin digər ölkələr üçün əsl nümunə ola biləcəyini vurğulayıb.

Elçin Əfəndiyev bu yaxınlarda Bakı Dövlət Universitetində insan hüquqları üzrə UNESCO kafedrasının yaradılması barədə məlumat verərək qeyd edib ki, universitetdə belə bir kafedranın açılması özlüyündə ölkəmizlə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR