ABŞ Dövlət Departamenti APA-nın araşdırmasına münasibət bildirib

ABŞ Dövlət Departamenti APA-nın araşdırmasına münasibət bildirib
# 30 aprel 2015 10:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ Dövlət Departamenti APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” sərlövhəli araşdırmaya münasibət bildirib.

APA-nın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Mari Harfın ənənəvi mətbuat toplantısında jurnalist ondan ABŞ-ın Azərbaycanda keçiriləcək Avropa Oyunları qabağı ölkənin imicini qaralamaq üçün plan hazırladığına dair yazıya münasibət bildirməsini istəyib. Jurnalist deyib: "Məqalədə dövlət katibi Con Kerri ermənipərəst kimi göstərilir. Əvvəlcə, bilmək istəyirəm ki, Dövlət Departamentinin buna reaksiyası necə olacaq? İkincisi, hökumətə rəsmi etiraz göndərməklə bağlı hər hansı plan varmı?”

M. Harfın suala cavabı isə belə olub: “ABŞ-ın Azərbaycanın suverenliyi və müstəqilliyinə olan uzunmüddətli dəstəyinə sözdən daha çox etibar edilir. Bu məqalədəki iddialar isə tamamilə əsassızdır və həqiqətə uyğun deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR