Azərbaycanda qızıl hasilatı artacaq

Azərbaycanda qızıl hasilatı artacaq
# 25 sentyabr 2015 08:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Gələn il Azərbaycanda qızıl filizləri və konsentratlarının istehsalında azalma ola bilər.

APA-Economics”in məlumatına görə, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində gələn il ölkədə qızıl filizi və konsentratının istehsalının 2015-ci ilin gözlənilən göstəricilərinə nisbətən 15,67% və ya 351,4 kiloqram azalaraq 1891,6 kiloqram olacağı proqnozlaşdırılır.

Göstəricilərə nəzər salanda məlum olur ki, 2016-cı ildən fərqli olaraq növbəti iki ildə, yəni 2017 və 2018-ci illərdə ölkədə qızıl filizləri və konsentratlarının istehsalı artacaq. Belə ki, 2017-ci ildə 2128, 2018-ci ildə isə 2229,7 kiloqram qızıl filizi və konsentratı hasil olunacaq. 2019-cu ildə isə hasilatın 3 dəfəyədək, başqa sözlə 765,6 kiloqrama qədər azalacağı proqnozlaşdırılır.

Gümüş istehsalına gəlincə, 2016-cı ildə 94,6 kiloqram, 2017-ci ildə 106,4 kiloqram, 2018-ci ildə 124,5 kiloqram, 2019-cu ildə 51,3 kiloqram gümüş filizi və konsentratının hasil olunacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR