İsmayıllının İvanovka kənd sakini həyat yoldaşı evdən qaçdığı üçün özünü asıb

İsmayıllının İvanovka kənd sakini həyat yoldaşı evdən qaçdığı üçün özünü asıb
# 22 avqust 2015 10:45 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Turişev Valeri Vitalyeviç özünü yaşadığı evin həyətindəki avtomobil qarajından kəndirlə asaraq intihar edib. Bir uşaq atası olan Valeri Turişevin yaxınları onun özünə qəsd etməsinin həyat yoldaşının bir neçə gün əvvəl evdən qaçması ilə bağlı olduğunu bildiriblər. Məlumata görə, evdən qaçan qadın sonradan atası evinə gəlib və həyat yoldaşının yanına qayıtmayıb. V. Turişev bundan təsirlənərək özünə qapanıb və intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR