Bank Of Baku

Türkiyədə Mersin Böyükşəhər Bələdiyyəsinin sədri və daha 58 nəfər korrupsiya ittihamı ilə saxlanılıb

Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer

© APA | Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer

# 01 oktyabr 2026 10:05 (UTC +04:00)

Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişəhər Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer də daxil olmaqla, 59 şübhəli saxlanılıb.

APA NTV-yə istinadən xəbər verir ki, Mersin Respublika Baş Prokurorluğunun üç bələdiyyəyə qarşı apardığı korrupsiya istintaqı çərçivəsində səhər saatlarında eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat zamanı Mersin Böyükşəhər, Yenişəhər və Mezitli bələdiyyələrində və şübhəlilərin ünvanlarında axtarış aparılıb.

İstintaq çərçivəsində Mersin Böyükşəhər Bələdiyyəsində 13 tender və 63 birbaşa satınalma üzrə ümumilikdə 330 milyon 945 min lirə məbləğində dövlət zərərinin müəyyən edildiyi bildirilib.

Mezitli Bələdiyyəsində dövlət zərərinin 1 milyard 10 milyon 914 min lirəyə, Yenişəhər Bələdiyyəsində isə 105 milyon lirəyə çatdığı iddia edilib.

Bundan başqa, Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncer barəsində silahlı cinayət təşkilatına rəhbərlik etmə ittihamı üzrə ayrıca araşdırma aparıldığı bildirilib. O, düşmənçilik münasibətində olduğu şəxslərin iş yerlərinə silahlı hücumlar təşkil etdirməkdə şübhəli bilinir.

Məlumata görə, silahlı hücumların hədəfləri arasında Yeni Partiyanın vilayət təşkilatının binası və “Çağın Medya” media qurumu da olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR