Kukla Teatrında “Tilsimli meşə” tamaşasının premyerası keçiriləcək

Kukla Teatrında “Tilsimli meşə” tamaşasının premyerası keçiriləcək
# 07 oktyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Tilsimli meşə” tamaşası səhnəyə hazırlanır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın baş rejissoru Qurban Məsimovun hazırladığı nağıl-tamaşa kuklalarının rəngarəngliyi və say çoxluğu ilə seçiləcək.

Birhissəli kukla tamaşasında 17-dək kukladan istifadə olunur. Teatrın baş rəssamı İqbal Əliyevin quruluşçu rəssamı olduğu tamaşanın musiqi tərtibatı dünyaca məşhur klassik musiqilərdən seçmələrlə tərtib olunub.

Tamaşada əsas rolları Elnur Xəlilov, Cavid Telman, Nərmin Nəbiyeva, Sona Quliyeva, Aygül Ağayeva və İlahə İmanova ifa edirlər.

Yeni səhnə əsərinin premyerası oktyabrın sonunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR