"Petkim" ilin I yarısını iri mənfəətlə başa vurmaq niyyətindədir

"Petkim" ilin I yarısını iri mənfəətlə başa vurmaq niyyətindədir
# 27 iyul 2016 15:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Petkim Petrokimya Holding A. Ş." bu ilin II rübündə əldə edəcəyi mənfəətlə bağlı proqnozunu açıqlayıb.

"APA-Economics" xəbər verir ki, şirkət II rübdə 154,5 mln. lirə (80,2 mln. manat) məbləğində mənfəət eldə etmək niyyətindir.

Qeyd edək ki, şirkət I rübü 149 mln. lirə (79,9 mln. manat) məbləğində mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,35 dəfə çoxdur.


Beləliklə, şirkət cari ilin I yarısını 303,5 mln. lirəlik mənfəətlə yekunlaşdıra bilər.

Əlavə edək ki, "Petkim Petrokimya Holding A. Ş." SOCAR-ın Türkiyədəki iri aktivlərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR