Lukaşenko: "Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çətin olacaq"

Lukaşenko: "Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çətin olacaq"
# 08 may 2015 16:33 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremldə MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

"Fikrimcə, Ukraynadakı dostlarımız bunu başa düşürlər. Hazırda Ukrayna tərəfi MDB-də fəaliyyətini de-fakto dayandırıb, ümumi büdcəyə vəsait ayırmır", - deyə o vurğulayıb.

A. Lukaşenko bildirib ki, MDB-də Ukrayna məsələsinə konstruktiv yanaşmaq lazımdır: "Ukrayna bizim üçün çox vacibdir. Biz bu məsələyə konstruktiv yanaşmalıyıq. Bu bayram günündə bu məsələni müzakirə etmək lazımdır. Qısa da olsa, Ukrayna məsələsinə toxunmalıyıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR