Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 İyun

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 5 İyun
# 05 iyun 2015 17:28 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Münhen sammitindən çıxacaq qərarlar qlobal güclərin dünyanın problemlərinə baxış bucağını ortaya qoyacaq. Qərb-Rusiya münasibətləri Avrasiya regionunda əsas gərginlik ocağıdır, münaqişənin tərəfi olan “G-7” Rusiya ilə qarşıdurmanı hansı nöqtəyə qədər davam etdirəcəyinə aydınlıq gətirməlidir. Seçim imkanı o qədər çox deyil, ya Rusiya ilə gərginlik davam etdirilməli, ya Moskvanı danışıqlar masası arxasına əyləşdirmək üçün yumşaq mesajlar verilməlidir. ABŞ şirkətlərinin tətbiq olunan sanksiyalara məhəl qoymadan Rusiya ilə ticari əlaqələri genişləndirməsi “G-7”də təmsil olunan digər ölkələrdə narazılıq doğurub. Almaniya şirkətləri sanksiyalara yalnız Avropa ölkələrinin riayət etməsini ədalətsiz sayır, Rusiya kimi böyük bazarı itirmək gerçəkliyi ilə barışmaq istəmir. Rusiya ilə münasibətləri yumşaltmaq tərəfdarı olan ölkələrin daha bir arqumenti var – tətbiq olunan sanksiyalar lazımi effekt vermir, əksinə qadağalar Moskva qədər, “G-7” ölkələrinə də zərər vurur. Üçüncü arqument ondan ibarətdir ki, Rusiyanı təcrid siyasəti Qərbdən çox Çin və Hindistanın maraqlarına cavab verir. “Yeddilik” ölkələri bu arqumentləri nəzərə alaraq Rusiyaya loyal mesajlar ünvanlaya və yenidən “sıfır nöqtəsi”nə qayıtmaq üçün əsas yarada bilərlər. Bu ehtimalların doğru olub-olmadığını çox gözləmək lazım gəlməyəcək. Bəlkə də 24 saatdan belə az...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR