Ankarada Ədliyyə Nazirliyinə və hakim partiyanın qərargahına basqın edilib, ən azı 2 nəfər yaralanıb

Ankarada Ədliyyə Nazirliyinə və hakim partiyanın qərargahına basqın edilib, ən azı 2 nəfər yaralanıb
# 20 mart 2013 05:11 (UTC +04:00)

Bakı-APA. Türkiyənin paytaxtı Ankarada naməlum şəxslər Ədliyyə Nazirliyinin inzibati binasına və hakim Ədalət və İnkişaf Partiyasının qərargahına hücum edib.

APA-nın yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, basqınçılar binanın yeddinci mərtəbəsində yerləşən partiyanın qərargahına qumbaraatandan atəş açıblar, nazirliyin binasına isə iki ədəd qumbara atıblar.

İlkin məlumata görə, iki nəfər yaralanıb. “Doğan”ın verdiyi xəbərə görə, fakt üzrə iki şübhəli şəxs saxlanılıb.

İnsidentə görə məsuliyyəti hələlik heç bir qurum üzərinə götürməyib.

Ekspertlər basqınları terrorçu Kürd Fəhlə Partiyası tərəfindən törədildiyini istisna etmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR