Brent markalı neftin qiyməti 56 dollara enib

Brent markalı neftin qiyməti 56 dollara enib
# 11 mart 2015 06:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar artaraq 48,88 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,47 dollar qalxaraq 56,86 dollar olub.

Qeyd edək ki, ötən gün baş tutan hərracda Brent markalı neftin qiyməti 58,56 dollar olub. Beləliklə, ötən gün baş tutan hərraclarla müqayisədə Brent markalı neftin qiyməti 1,7 dollar azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR