Ceyms Appaturay: “Hazırda Gürcüstanın NATO-ya qəbulu məsələsi nəzərdən keçirilmir”

Ceyms Appaturay: “Hazırda Gürcüstanın NATO-ya qəbulu məsələsi nəzərdən keçirilmir”
# 04 dekabr 2014 12:56 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələrindəki xüsusi nümayəndəsi Ceyms Appaturay çıxış edib.

“Gürcüstanla bağlı məsələdə hər şey aydındır. Buxarestdəki sammitdə qəbul olunan qərar NATO-nin siyasi qərarı olaraq qalır. Alyansa üzvlük yolunda Gürcüstana yardımı nəzərdə tutan müvafiq tədbirlər paketi mövcuddur. Ukraynaya gəldikdə isə bu mərhələdə onların NATO-ya üzv olmaq istədiklərinə işarə edən heç bir əlamət yoxdur və olmayıb. Moldova isə neytral ölkədir və bu statusu dəyişmək niyyətində deyil”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR