Türkdilli ölkәlәrin Әmәkdaşlıq Şurasının seçki missiyası: Seçkilərdə heç bir hüquq pozuntusu olmayıb - FOTO - VİDEO

Türkdilli ölkәlәrin Әmәkdaşlıq Şurasının seçki missiyası: Seçkilərdə heç bir hüquq pozuntusu olmayıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 07:10 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. Türkdilli ölkәlәrin Әmәkdaşlıq Şurasının seçki missiyası seçki öncәsi kampaniya zamanı vә seçki günü heç bir hüquq pozuntusu müşahidә etmәyib.

APA-nın mәlumatına görә, bu barәdә missiyanın bәyanatında deyilir. Qeyd olunub ki, ümumilikdә missiya Bakıda 18, Gәncәdә 25 olmaqla 43 mәntәqәyә baş çәkib: "Mәntәqәlәri ziyarәt edәb zaman inzibati vә hüquq mühafizә orqanları tәrәfindәn müdaxilә hallarına rast gәlinmәyib. Seçkilәri әdalәtli vә qәrәzsiz müşahidә etmәk üçün yerli vә xarici müşahidәçilәrә lazım olan hüquqi vә tәşkilati şәrait yaradılıb. Azәrbaycanın milli qanunvericiliyinә uyğun olaraq insanların azad iradәsi tәmin olunub. Bәzi mәntәqәlәrdә veb kameralar quraşdırılıb. Әlil insanlar üçün lazımi şәrait yaradılıb. Nәticә olaraq müşahidә missiyası tәsdiq edir ki, seçkilәr azad, şәffaf vә rәqabәtli aparılıb, Azәrbaycanın milli qanunverciliyinә vә ümumi qәbul olunmuş beynәlxalq seçki standartlarına uyğundur".

Xatırladaq ki, missiya oktyabrın 29-dan işә başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR