Bir milyon manatdan çox pulu mənimsəməkdə təqsirləndirilən şirkət təsisçisi və direktoru Ali Məhkəməyə müraciət edib

Bir milyon manatdan çox pulu mənimsəməkdə təqsirləndirilən şirkət təsisçisi və direktoru Ali Məhkəməyə müraciət edib
# 16 mart 2015 08:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun apellyasiya şikayətləri əsasında məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslərin vəkilləri məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini bildiriblər. Məhkəmə bunu nəzərə alaraq prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı təqsirləndirilən şəxslərin vəkilləri prosesin istintaqla aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən onlar qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

İttihama görə, MMC-nin təsisçisi Fuad Mirzəyev və qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.

Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR