Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi il ərzində 2% artıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi il ərzində 2% artıb
# 15 aprel 2015 10:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin mart ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 14 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,19% və ya 0,3 mln. manat çoxdur.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, yanvar ayından fərqli olaraq fevralda dövlət büdcəsindən AİF-ə 3,8 mln. manatlıq vəsait ayrılıb.

Bu ilin yanvar-fevral aylarında AİF 8,1 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Yanvardan fərqli olaraq fevralda fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin martın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 251 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,77%, aylıq ödəniş isə 279,1 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 578 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,87%, aylıq ödəniş isə 319,3 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR