“8-ci kilometr” bazarının dövlət komitəsinə qarşı şikayəti əsasında məhkəmə başa çatıb

 “8-ci kilometr” bazarının dövlət komitəsinə qarşı şikayəti əsasında məhkəmə başa çatıb
# 18 noyabr 2015 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “8-ci kilometr Ticarət Mərkəzi” MMC-nin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) qarşı şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ASC aktların və şəhadətnamələrin qüvvədən salınması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb. Həmin qərardan isə ASC apellyasiya şikayəti verib.

Onu da qeyd edək ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “8-ci km Ticarət Mərkəzi” MMC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini bu ilin əvvəlində elan edib.

Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib.

1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4" MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi" MMC yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR