Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub
# 10 iyul 2016 20:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə avtomobil piyadanı vurub.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı kişi hərəkətdə olan “VAZ 2107” tərəfindən vurulub. Kimliyi hələ ki məlum olmayan yaralı piyada xəstəxanaya aparılıb.


Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR