Bu il Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 6% artıb

Bu il Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 6% artıb
# 14 mart 2015 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 7,6 mln. ton neft nəql edilib ki bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 77,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5,9 mln. ton və ya 6% çox neft ötürülüb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,2 min ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu ilin ilk 2 ayında ölkənin magistral qaz kəmərləri ilə 4,3 mlrd. kubmetr qaz nəql edilib. Qazın nəqlinin 28,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1,2 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR