Canavarlar İsmayıllı sakinini yaralayıb

Canavarlar İsmayıllı sakinini yaralayıb
# 31 may 2016 11:44 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.

S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, cənə və boğazından ağır xəsarətlər alıb.

Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.

Sahib Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR