Yunanıstan səfiri: “Ermənistanla Azərbaycan arasındakı problemlərin yeganə həll yolu danışıqlardır”

Yunanıstan səfiri: “Ermənistanla Azərbaycan arasındakı problemlərin yeganə həll yolu danışıqlardır”
# 29 aprel 2015 09:32 (UTC +04:00)

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın İrəvandakı səfiri İoanis Tays deyib.

İstənilən zorakılıq təzahürlərinin yolverilməz olduğunu deyən diplomat qeyd edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəstəkləyir.

“Hazırda Minsk qrupu düz yoldadır. Həmsədrlər münaqişə tərəfləri arasındakı danışıqlara kömək etməyə, Avropa İttifaqı isə etimad mühitinin gücləndirilməsinə çalışır”, - deyə o vurğulayıb.

İ. Taysın fikrincə, göstərilən səylər Qarabağ münaqişəsinin nizamlanmasına gətirib çıxarmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR