Allahşükür Paşazadə: “Azərbaycanın dostlara çox ehtiyacı var”

Allahşükür Paşazadə: “Azərbaycanın dostlara çox ehtiyacı var”
# 19 may 2015 12:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün şəxsi iqamətgahında Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini, IİSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasseri qəbul edib.

APA-nın məlumatına görə, Şeyxülislam bildirib ki, Bakıda səfərdə olan bu şəxslər Azərbaycanın ən yaxın dostlarındandır: “Azərbaycanda bir sıra dünya səviyyəli tədbirlər keçirilir, qarşıdan I Avropa Oyunları gəlir. Dünya bilməlidirlər ki, Azərbaycanda dini konfessiyalara şərait yaradılıb. Yəhudi, xristian və digərləri müsəlmanlar kimi çox rahat şəkildə ibadətlərini yerinə yetirə bilirlər. Burda hamı qardaş kimidir. Bu gün Azərbaycanın dostlara, xüsusilə sizi kimi dostlara çox ehtiyacı var”.

İyad bin Amin Mədəni isə deyib ki, Azərbaycanla əməkdaşlıq onlar üçün maraqlıdır: “Biz çox şadıq ki, Azərbaycanda dinlərarası tolerantlıq yüksək səviyyədədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR