Deputat Novruz Aslanov İsmayıllı sakinlərini qəbul edib

Deputat Novruz Aslanov İsmayıllı sakinlərini qəbul edib
# 24 iyun 2016 09:04 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Quşencə kəndində seçicilərini qəbul edib. Qəbul kənd icra nümayəndəliyinin binasında keçirilib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, son günlər respublikanın bəzi ərazilərində yağan aramsız yağışlardan zərər çəkən kəndlərdən biri də Quşencə kəndi olub. Ən böyük ziyan kənd yoluna dəyib. Belə ki, sel nəticəsində yol demək olar ki, sıradan çıxıb və sakinlərin gediş-gəlişi üçün problemlər yaradıb.

Novruz Aslanovla görüşdə kənd sakinləri əsasən yol və su problemlərini qabardıblar. Millət vəkili bunu nəzərə alaraq təcili olaraq öz vəsaiti hesabına kəndə su daşıyan avtomobillər vasitəsilə suyun daşınmasını təşkil edib, yolun təmiri üçün isə müvafiq idarənin rəisi ilə telefon əlaqəsi saxlayaraq bu məsələni diqqətdə saxlamasını xahiş edib.

Qəbulda 80-ə yaxın sakin iştirak edib.

Axşam saatlarında Ramazan ayı ilə əlaqədar millət vəkilinin təşəbbüsü ilə iftar süfrəsi açılıb və bu süfrədə rayon rəhbərliyi, yerli qurumların rəhbərləri, dindarlar və sakinlər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR