DGK sədri Aydın Əliyev Qaxda vətəndaşları qəbul edib - VİDEO

DGK sədri Aydın Əliyev Qaxda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2015 08:23 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qaxda vətəndaşları qəbul edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, komitə sədri Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

 

Komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

 

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR