“Kasetli Silahlara dair Konvensiya”sı üzrə ilk İcmal Konfrans keçiriləcək

“Kasetli Silahlara dair Konvensiya”sı üzrə ilk İcmal Konfrans keçiriləcək
# 03 sentyabr 2015 14:58 (UTC +04:00)

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanovun APA-ya verdiyi məlumata görə, ilk İcmal Konfransında daha çox ölkələrdən bu Konvensiyaya qoşulmaq və bundan irəli gələn məsələləri daha tez zamanda yerinə yetirmək üçün danışıqlar aparılacaq.

Qeyd edək ki, BMT–nin “Kasetli Silahlara dair Konvensiya”sı 3 Dekabr 2008-ci ildə Oslo şəhərində imzalanıb. Hal-hazırda dünya ölkələrindən 117 ölkə bu Konvensiyanı imzalayıb ki, onlardan da 95-i ratifikasiya prosesini başa çatdırıb. Konvensiyaya üzv dövlətlər 10 il ərzində ərazisindəki bu silahların təmizlənməsini başa çatdırmalı, 8 il ərzində isə anbarlarındakı ehtiyatları məhv etməlidir. Bu Konvensiya qüvvəyə mindikdən sonra 18 dövlət kasetli silahlar istehsal etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR