YAP MSK-ya hesabat verib

YAP MSK-ya hesabat verib
# 18 mart 2015 09:41 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyası (YAP) 2014-cü il üzrə fəaliyyəti barədə maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

YAP-dan APA-ya verilən məlumata görə, partiyanın illik maliyyə hesabatı YAP İdarə Heyətinin 29 yanvar 2015-ci il tarixli iclasının qərarı ilə təsdiq edilib.

Partiyanın illik maliyyə hesabatları hər il İdarə Heyətində təsdiq edildikdən sonra gəlir və xərclər, eyni zamanda bu xərclərin təyinatı barədə həm bütün partiya üzvlərinə, həm də geniş ictimaiyyətə ətraflı məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR