ETSN-in “Qaynar xətt”inə aprel-iyun aylarında 955 şikayət daxil olub

 ETSN-in “Qaynar xətt”inə aprel-iyun aylarında 955 şikayət daxil olub
# 21 iyul 2015 09:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə aprel-iyun ayları ərzində 955 şikayət daxil olub. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, şikayətlər ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə olub.

Onlardan 901-i nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi, aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi və s. ilə əlaqədar olub.

Daxil olmuş şikayətlər əsasında Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 301 şikayət, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 44 şikayət, İstehsalat Siyasəti şöbəsinə göndərilmiş 10 şikayət araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.

Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 457 şikayətdən 451-i, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 80 şikayətdən 65-i, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 52 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 7 şikayətdən 5-i, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 4 şikayətdən 1-i üzrə araşdırma aparılaraq qanuna müvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR