Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsinin qalibi kimi İsveçi görür

Bukmeker kontorları “Eurovision-2015” Mahnı Müsabiqəsinin qalibi kimi İsveçi görür
# 18 mart 2015 14:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Oddschecker.com saytı “Eurovision-2015” Mahnı Müsabiqəsində iştirak edəcək ölkələrə pul qoyuluşu qəbul edən nüfuzlu bukmeker kontorlarının mövcud əmsallarını açıqlayıb.

APA-nın oddschecker.com saytına istinadən verdiyi xəbərə görə, əksər bukmeker kontorlarının təqdim etdiyi mövcud əmsallarda “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi, 3.50 əmsalla (İsveçə qoyuluş edən şəxslər skandinavlar qalib gəldiyi təqdirdə hər dollara görə 5 dollar qazanacaq - red.) İsveç göstərilib. İsveçi müsabiqədə "Heroes" mahnısı ilə Mans Zelmerlow təmsil edəcək.

Azərbaycan siyahıda 21.00 əmsalla 8-ci yerdə qərarlaşıb. Azərbaycanı isə müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR