Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxacaq

Braziliya Senatı prezidentin impiçmenti məsələsinə avqustda baxacaq
# 07 iyun 2016 01:02 (UTC +04:00)

Bakı-APA. Braziliya Senatı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılan prezident Dilma Russeffin impiçmenti məsələsinə avqustun 1-i və yaxud 2-də baxacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə parlament komissiyasının sədri Raymundo Lira bildirib.

Braziliya qanunvericiliyinə əsasən, ilk səsvermədə senatorların 50%-i impiçmentin lehinə səs versələr, ikinci səsvermə baş tutacaq. Bu zaman prezidenti vaxtından əvvəl istefaya göndərmək üçün senat üzvlərinin üçdə ikisinin səsi kifayət edəcək. İlk səsvermə Rio-de-Janeyroda start götürəcək Yay Olimpiya oyunları ərəfəsinə, ikinci səsvermə isə bilavasitə yarışların keçiriləcəyi günlərə təsadüf edir.

Dilma Russeffin vəzifədən 180 gün müddətinə kənarlaşdırılmasından sonra vitse-prezident Mişel Temer artıq yeni hökumət qurub.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Russefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Russeff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR