Türkiyə Suriya ilə sərhəddə yeni havadan müdafiə sistemini yerləşdirmək niyyətindədir

Türkiyə Suriya ilə sərhəddə yeni havadan müdafiə sistemini yerləşdirmək niyyətindədir
# 22 iyun 2016 05:47 (UTC +04:00)

Bakı-APA. Türkiyə yeni havadan müdafiə sistemini Suriya ilə sərhəddə yerləşdirmək və sınaqdan keçirmək niyyətindədir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Defense News” nəşrinə Türkiyənin təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Portalın məlumatına görə, Türkiyə hökuməti sərhəddə “Serhat” minalara qarşı radar sistemi, HIMARS əməliyyat-taktiki təyinatlı artilleriya-raket sistemi yerləşdirmək planlaşdırır. Bundan əlavə sərhədin 70 km-lik hissəsini xüsusi mini-dirijabllar patrul edəcəklər.

Məlumata görə, havadan müdafiə sistemi Kilis əyalətində, “Elbeyli” sərhəd-buraxılış məntəqəsinin yaxınlığında quraşdırılacaq. Yeni havadan müdafiə sisteminin bu bölgədə yerləşdirilməsi həmçinin Qaziantep, Hatay, Şanlıurfa və Mardin əyalətlərinin təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək.

Qeyd edək ki, Suriya-Türkiyə sərhədinin uzunluğu təxminən 900 km təşkil edir. Sərhədin Kilis istiqamətindəki hissəsi Suriya tərəfindən İŞİD qruplaşmasının nəzarətindədir. İŞİD terrorçuları mütəmadi olaraq Kilis şəhərinə raket zərbələri endirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR