SOCAR bu il dizel yanacağının ixracını 33% artırıb

SOCAR bu il dizel yanacağının ixracını 33% artırıb
# 01 sentyabr 2015 15:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin avqust ayı üçün dünya bazarında satdığı neft məhsullarının həcmini açıqlayıb.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, ötən ay 90 491 ton dizel yanacağı ixrac edilib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 10,73% azdır.

Ötən ay dünya bazarlarına 27 984 ton təyyarə yanacağı ixrac edilib ki, bu da 2014-cü ilin avqust ayı ilə müqayisədə 40,39% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində 650 797 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 3,36% çoxdur.

Bu ilin 8 ayında 33,2% çox və ya 159 467 ton təyyarə yanacağı, həmçinin 280 ton soba mazutu ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR