Finlandiya prezidenti: “Ölkəmizin NATO-ya qoşulması Rusiyanı bizdən uzaqlaşdıra bilər"

Finlandiya prezidenti: “Ölkəmizin NATO-ya qoşulması Rusiyanı bizdən uzaqlaşdıra bilər"
# 25 noyabr 2014 15:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya qoşulmasının məqsədəuyğun olmadığını bəyan edib.

APA-nın məlumatına görə, o, “The Washington Post” qəzetinə müsahibəsində bildirib ki, Finlandiyanın NATO-ya qəbulu Rusiya ilə əlaqələrinə xələl gətirəcək.

“Unutmayın ki, 1300 kilometrlik sərhədimiz var və onu bağlı saxlamaq olmur. Rusiya təyyarələri yay aylarında bir neçə dəfə Finlandiyanın hava məkanına daxil olub. Onlar bununla “biz burdayıq” demək istəyirlər.”, - deyə o vurğulayıb.

Hazırda Moskva ilə əlaqələrin sabit olduğunu deyən prezident hələlik şərqdən real təhlükə görmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR