Etik davranış qaydalarının pozulması ilə bağlı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 34 müraciət daxil olub

Etik davranış qaydalarının pozulması ilə bağlı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 34 müraciət daxil olub
# 18 fevral 2015 12:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2014-cü ildə etik davranış qaydalarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 34 müraciət daxil olub. Komissiyadan APA-ya verilən məlumata görə, həmin müraciətlərin 28-i elektron ünvan, 6-sı isə “Qaynar xətt” vasitəsilə edilib.

Müraciətlərdən 11-i xüsusi növ dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularının fəaliyyəti ilə bağlı olduğu üçün aidiyyəti üzrə baxılması üçün həmin dövlət orqanlarına göndərilib. 1-i məhkəmə icraatında olduğu üçün baxılmayıb. 22 müraciətdən 5-i mərkəzi icra hakimiyyəti, 16-sı yerli icra hakimiyyəti orqanı və 1-i məhkəmə orqanlarında qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları ilə əlaqədar olub. Daxil olan 22 müraciətdə etik qaydalarla bağlı 28 pozuntunun olduğu qeyd edilib.

Həmin müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 araşdırma aparılıb və nəticədə onlardan 14-nün əsassız, 8-nin isə əsaslı olduğu müəyyən edilib. Əsaslı müraciətlərdən 7-i müsbət həll olunub. Müsbət həll olunan müraciətlərdən 3-ü mərkəzi icra hakimiyyəti orqanlarında, 4-ü yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları ilə bağlı olub.

Qeyd edək ki, 2014-cü ildə dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı keçirilən təlimlərdə 93 dövlət orqanı üzrə 550 dövlət qulluqçusu iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR