Vitse-prezident: "SOCAR daxili mənbələrdən kredit götürməyə üstünlük verir" - YENİLƏNİB

Vitse-prezident: "SOCAR daxili mənbələrdən kredit götürməyə üstünlük verir" - <span style="color: red;">YENİLƏNİB
# 28 iyun 2016 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR dünyanın aparıcı bankları ilə kreditləşmə əməliyyatları həyata keçirir".

"APA-Economics" xəbər verir ki, bunu SOCAR rəhbərliyinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşündə dövlət şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq maliyyə institutlarının SOCAR-a olan inamının və etibarının göstəricisidir: "Bu gün bu banklar və maliyyə institutları SOCAR-a çox aşağı faizlərlə kreditlər ayırır. Biz özümüz də çalışırıq ki, bu kreditlər uzunmüddətli olmasın. Bu səbəbdən son zamanlar biz banklardan maksimum 5% olmaqla, 5 illik kredit alırıq".

Vitse-prezident əlavə edib ki, SOCAR borclanmaya meylli deyil və bu səbəbdən daxili mənbələrdən kredit cəlb etməyə çalışır. "Məsələn, daxili mənbə kimi, SOCAR Azərbaycan Beynəlxalq Bankından 1,2 milyard dollar həcmində kredit alıb", - deyə o bildirib.

SAAT 16:40

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın ümumi aktivləri 39,9 mlrd. manata çatıb.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ilə görüşündə deyib.

S. Qasımov çıxışında bildirib ki, bu ilin iyunun 30-dək SOCAR-ın illik hesabatı audit yoxlamalarının rəyi ilə birgə şirkətin rəsmi saytında dərc olunacaq: "Artıq şirkətinin rəyinin tamamlanma işləri aparılır. SOCAR-ın ümumi aktivləri 39,9 mlrd. manata çatıb. Artımın əsas səbəblərindən biri manatın dollara olan ekvivalentidir. Buna səbəb isə dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi olub. SOCAR-ın banklar qarşısında öhdəlikləri var. Bəzən mətbuatda SOCAR-ın borcları ilə bağlı yanlış məlumatlar yazılır. SOCAR-ın əsas borcları xarici valyutadadır. Təbii ki, valyutanın məzənnəsi dəyişdikcə, borcun həcmi də dəyişir. Əgər hazırda konsolidə olunmuş borcumuz 6,3 milyard dollardırsa, manat ekvivalentində bu rəqəm 9,4 milyard manat təşkil edir. SOCAR hazırda bütün həyata keçirdiyi layihələri davam etdirir. Bu layihələrin icrası üçün cəlb olunmuş borcların çoxu dövlət zəmanətlidir və hissə-hissə qaytarılacaq. Ötən il neft emalı və neft-kimya emalı zavodlarının tikintisi üçün 69 milyon manat borc alınıb. Bundan başqa, SOCAR "Ümid" yatağının işlənilməsi üçün 200 milyon dollar cəlb edib. SOCAR borcunu hissə-hissə, qrafikə uyğun qaytaracaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR