Qafqaz Universitetində məzunların buraxılışı mərasimi keçirilib

Qafqaz Universitetində məzunların buraxılışı mərasimi keçirilib
# 04 iyun 2016 15:34 (UTC +04:00)

Bakı – APA. Qafqaz Universitetində “Qafqazdan dünyaya” adlı 19-cu məzuniyyət proqramı keçirilib.

Universitetdən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bu gün məzunların real həyata ilk addım atdıqlarını, qazandığı bilik və bacarıqlarla həyatla üzləşməyə, qarşılaşacaqları çətinlikləri həll etməyə hazır olduqlarını bildirib.

“Müasir texnologiyadan istifadə edərək əməkdaşlıq etdiyimiz kollektivlə dayanmadan, səmərəli bir şəkildə çalışaraq bu ağır yükü daşıya bilərik. Nəticədə yenilik gətirən ideyaları həyata keçirə bilərik, müasir məhsulları istehsal edə bilərik, gələcəyə və gələcək nəsillərə gözəl qapılar aça bilərik. İnsan övladlarının uğurunu gördükcə xoşbəxt olur. Uğurlarınızı görmək bizim için ən böyük xoşbəxtlik olacaq. Unutmayaq ki, hər birimiz Qafqaz ailəsinin bir üzvüyük. Zamanından və yerindən aslı olmayaraq Qafqaz Universiteti hər zaman yanınızdadır”.

Məzuniyyət proqramında AMEA, universitetlər, dovlət qurumları, səfirliklər və Avropa İttifaqının Bakı ofisinin nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov təhsilə və gənclərə olan dövlət qayğısından danışıb. O qeyd edib ki, məzun olan bu gənclər bilik və bacarığını ölkəmizin inkişafına sərf edərək Azərbaycanın inkişafında mühüm rol oynayacaqlar.

Abşeron rayon icra başçısının nümayəndəsi Hafiz Mikayılov isə məzunların Azərbaycan bayrağını dünya ölkələrində layiqli təmsil edəcəyinə inandığını bildirib. “Çünki Qafqaz Universiteti nəinki ölkəmizdə, eləcə də dünyada öz məzunlar ilə fərqlənən universitetdir”.

Məzunlara mükafatlar təqdim olunub, təhsil aldıqları müddətdə qazanılan uğurlar qiymətləndirilib, universitet, fakültə, bölüm birinciləri müəyyən edilib.

Qeyd edək ki, bu il Qafqaz Universitetindən 781 nəfər (534 bakalavr, 247 magistr) məzun olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR