Azərbaycanla UNESCO dinlərarası anlaşma və milli mədəni müxtəliflik mövzularında konfranslar keçirəcək

Azərbaycanla UNESCO dinlərarası anlaşma və milli mədəni müxtəliflik mövzularında konfranslar keçirəcək
# 13 noyabr 2014 15:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək.

Azərbaycan Milli Məclisindən APA – ya verilən məlumata görə, tədbirlərdə Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov iştirak edəcəklər.

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin UNESCO ilə birgə təşkil etdiyi bu konfranslarda müxtəlif ölkələrdən olan 150-dən artıq din azadlığı, tolerantlıq və dövlət-din münasibətləri üzrə ekspertin, ictimaiyyət nümayəndələrinin, beynəlxalq QHT rəhbərlərinin, ölkəmizin Fransadakı səfirliyinin, UNESCO və Avropa Şurası yanında nümayəndəliklərinin təmsilçilərinin iştirakı gözlənilir.

Deputatların səfəri noyabrın 16-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR