Liviya sahillərində 40 miqrantın meyiti aşkarlanıb

Liviya sahillərində 40 miqrantın meyiti aşkarlanıb
# 24 oktyabr 2015 21:45 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Assoşieyted Press” beynəlxalq “Qızıl Aypara” cəmiyyətinə istinadən məlumat yayıb.

Təşkilatın nümayəndəsi Məhəmməd əl-Masratinin bildirdiyinə görə, 27 meyit Zliten şəhəri yaxınlığında, qalanları isə paytaxt Tripoli və Homs şəhərləri arasındakı sahil zolağı boyu aşkarlanıb. Onun sözlərinə görə, batan qayıqda olan daha 30 miqrantın axtarışları davam etdirilir.

Məhəmməd əl-Masratinin qeyd edib ki, ölənlərin əksəriyyəti Avropaya getmək niyyəti ilə Afrikanın müxtəlif ölkələrindən Liviyaya gəlmiş miqrantlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR