Paşha Bank
Bank Of Baku

Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub

Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
# 05 oktyabr 2026 00:41 (UTC +04:00)

“Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini sıradan çıxarıb”.

APA xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Yevgeni Xmara deyib.

O bildirib ki, Ukrayna hərbçilərinin zərbələri Rusiyanın iqtisadiyyatına, hərbi əməliyyatları davam etdirmək və qoşunlarını təmin etmək imkanlarına ciddi təsir göstərir.

Nazirin sözlərinə görə, Ukraynanın zərbələri Rusiya hərbi maşınının imkanlarını zəiflətməyə və ölkənin hərbi-iqtisadi potensialını məhv etməyə yönəlmiş düşünülmüş, planlı və sistemli tədbirlərin nəticəsidir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, son dövrdə Moskva, Yaroslavl, KİNEF, Ust-Luqa, Perm, İlski, Saratov, Sızran və digər neft emalı zavodları vurulub.

Xmara qeyd edib ki, Ukraynanın dərin zərbələri müharibəni Rusiya ərazisinə keçirir və bunun həyata keçirilməsi Müdafiə Nazirliyinin əsas prioritetlərindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR