Moskva metrosunda tüstülənmə olub, 500 nəfər təxliyə edilib

Moskva metrosunda tüstülənmə olub, 500 nəfər təxliyə edilib
# 18 iyun 2016 01:11 (UTC +04:00)

Bakı-APA. Moskvanın “Krasnoqvardeyskaya” metro stansiyasında tüstülənmə baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.

500 nəfərin stansiyadan təxliyə edildiyi bildirilir.

İnsidentə səbəb stansiyalar arasında enerji kabelinin yanması olub.

Hazırda metro stansiyası bağlanıb, metropolitenin “Domodedovskaya” – “Alma-Atinskaya” xəttində qatarların hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR