DİN Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb

DİN Goranboyda törədilən kütləvi qətllə bağlı məlumat yayıb
# 01 oktyabr 2014 08:33 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR