Bakıda "İrəvanın maddi və mənəvi irsi” mövzusunda konfransı keçirilib

Bakıda "İrəvanın maddi və mənəvi irsi” mövzusunda konfransı keçirilib
# 25 may 2016 11:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və AMEA-nın Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.

APA-nın xəbərinə görə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə assosiasiyanın sədri Nurəddin Mehdiyev bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın İrəvan şəhəri, onun dövlətçilik tarixindəki yeri, ictimai-siyasi və mədəni rolunun, ermənilərin şəhərin məqsədyönlü şəkildə özününküləşdirilməsi yolunda apardığı vandal siyasətin araşdırılması, erməni təbliğat maşınının fəaliyyətinə qarşı mübarizənin vacibliyinə yönəltməkdir.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib ki, Azərbaycan gəncliyinin tarixinə sahib çıxması mənasında mühüm elmi əhəmiyyətə malikdir. Y. Mahmudov qeyd edib ki, hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub: “Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərlə tarixi adlar dəyişdirilərək erməniləşdirilib”.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasında virtual dünya, sosial media vacib rol oynayır.

Tədbirin davamında gənc tədqiqatçıların müxtəlif mövzularda məruzələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR